Hazırda azad agent olan Frank Riberi karyerasını İtaliyada davam etdirəcək. Matc.az xəbər verir ki, fransız yarımmüdafiəçi "Fiorentina" ilə anlaşıb. 
 
Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Riberinin yeni klubu ilə 2 illik müqavilə imzalayacağı gözlənilir.
 
İtaliya mətbuatının xəbərinə görə, Riberi "Fiorentina"da ilinə 4 milyon avro qazanacaq.
 
Artıq Riberi özü də rəsmi "instagram" hesabında şəklini paylaşaraq, "yeni macəraya hazırlıq" qeydini edib.
 
Karyerası ərzində "Qalatasaray", "Marsel" və "Bavariya" kimi klublarda forma geyinən Riberi, iyulun 1-dən azad agent statusu daşıyır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest