Bir müddət əvvəl İngiltərənin "Arsenal" klubu ilə yollarını ayıran Stefan Lixtştaynerin yeni iş yeri məlum olub. Matc.az xəbər verir ki, 35 yaşlı müdafiəçi Almaniyanın "Auqsburq" klubuna keçib. 
 
Bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Lixtştaynerlə 1 illik müqavilə imzalanıb.
 
Karyerası ərzində "Latsio", "Yuventus" və "Arsenal" kimi klublarda çıxış edən Lixtştayner, "Auqsburq"a azad agent kimi keçib.
 
Müdafiəçi İsveçrə millisində 105 oyuna çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest