Almaniyanın "Bayer" klubu futbolçusu Tin Yedvayı icarəyə verib. Matc.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Leverkuzen təmsilçisi 24 yaşlı xorvatiyalı müdafiəçini Bundesliqanın digər iştirakçısı "Auqsburq"a icarəyə göndərib.

Yedvay 2020-ci ilin yayına kimi məhz bu komandanın uğurları üçün çalışacaq.
 
Zaqreb "Dinamo"sunun yetirməsi olan Yedvay, 2014-cü ildə İtaliyanın "Roma" klubundan "Bayer"ə transfer olunub. Sözügedən futbolçu Aç-2020-nin seçmə mərhələsi çərçivəsində Slovakiya və Azərbaycan millilərinə qarşı keçirəcəkləri oyunlar üçün yığmaya çağırılıb. Zlatko Daliçin rəhbərlik etdiyi kollektiv sentyabrın 6-da Slovakiyanın, 9-da isə Azərbaycanın qonağı olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest