2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının rəsmi loqosunun təqdim olunacağı vaxt məlum olub. Matc.az xəbər verir ki, Dç-2022-nin rəsmi loqosu sentyabrın 3-də nümayiş olunacaq. 
 
Bu barədə turnirin rəsmi saytı məlumat yayıb. Mundialın loqosunun ilkin versiyası məlum olsa da, hələlik, təsdiqlənməyib. 
 
Sözügedən dünya çempionatı 21 noyabr-18 dekabr tarixlərində keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest