"Barselona"nın kapitanı Lionel Messi zədəsini sağaldıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, argentinalı superulduzun bu gündən kollektivlə birlikdə məşqlərə çıxması gözlənilir.

32 yaşlı futbolçu həftəsonu La Liqanın II turu çərçivəsində "Betis"lə görüşdə iştirak edə biləcək. Lakin həkimlər Leonun ən yaxşı halda 60 dəqiqə oynaya biləcəyini vurğulayıb. Əks təqdirdə, zədənin təzələnmə ehtimalı yüksəkdi.

Qeyd edək ki, "Barselona" - "Betis" oyunu avqustun 25-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest