Alisson Bekkerin zədələnməsi, Adrianın isə istənilən səviyyədə oyun göstərməməsi "Liverpul"u yeni qapıçı axtarışına sövq edib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "qırmızılar" artıq yeni qolkiperi tapıb.

Belə ki, "mersisaydlılar" "Tottenhem"in sabiq qapıçısı Mixel Vormla anlaşıb. Bu ilin yayında London klubundan ayrılan 36 yaşlı qolkiper hazırda azad agent olduğundan, onun "Liverpul"a keçməsində heç bir maneə yoxdu. Tezliklə keçidin rəsmiləşməsi gözlənilir.

Qeyd edək ki, Mixel Vorm 2014-2019-cu illərdə "Tottenhem"in formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest