Futbol üzrə Azərbaycan millisinin Aç-2020-nin seçmə mərhələsindəki rəqiblərindən olan Uels yığmasının baş məşqçisi Rayan Giqqzə yeni köməkçi təyin olunub. Matc.az yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Robert Peyc Azərbaycanla seçmə mərhələ, Belarusla isə yoxlama oyununda Rayan Giqqzin məşqçilər korpusunda yer alacaq.
 
Robert son olaraq 21 yaşadək futbolçulardan ibarət Uels millisini çalışdırıb.
 
Uels – Azərbaycan matçı sentyabrın 6-da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest