"Kəpəz" 1-ci divizionda 2019/20-ci illər mövsümü üçün iştirak ərizəsini Peşəkar Futbol Liqasına təqdim edib. Matc.az xəbər verir ki, Gəncə təmsilçisinin iştirak ərizəsində 17 futbolçu yer alıb. 
 
Komandanın heyətinə 2 qapıçı, 7 müdafiəçi, 6 yarımmüdafiəçi və 2 hücumçu daxil edilib.
 
Qapıçılar: Ruzi Abdullayev, Əli Kərimov;
 
Müdafiəçilər: Novruz Məmmədov, Qaraxan Əliyev, Nodar Məmmədov, Kənan Allahverdiyev, Şöhrət Quliyev, Elcan Rəhimov, Elvin Dəmirov;
 
Yarımmüdafiəçilər: Əli Səmədov, Fərid Bayramov, Sənan Həsənov, Ayxan Quluzadə, İsmayıl Məmmədov, Elgün Orucov;
 
Hücumçular: Elvin Nəsibov, ülvi Əliyev.
 
Yeni mövsümdə də "sarı-göylər"in kapitanı Əli Səmədov olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest