Rusiya kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir. Matç.az saytının məlumatına görə, Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin şərəfini qoruduğu "Krılya Sovetov" bu mərhələnin matçını öz meydanında keçirib.

Samarada baş tutan görüşdə rəqib "Krasnodar" olub. 90 dəqiqəsi 1:1 hesabı ilə başa çatan qarşılaşmanın 111-ci dəqiqəsində fərqlənən "Krasnodar" adını 1/4 finala yazdırıb.

Şeydayev isə oyunu ehtiyatdan izləməklə kifayətlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest