"Giresunspor"un yarımmüdafiəçisi Ozan Can Kökçü karyerasını Azərbaycanda davam etdirəcək. Matc.az xəbər verir ki, bu barədə Giresun klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

I liqa təmsilçisi 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvünün "Sabah" klubuna transfer olunduğunu bəyan edib. Müqavilənin detalları barədə məlumat verilməyib.

Bu, "Sabah"ın yay fasiləsində 13-cü transferi olub. Bakılılar buna qədər Cavid Tağıyev, Kevin Kubemba, Ruslan Abışov, Məhəmməd Mirzəbəyov, Bəhlul Mustafazadə, Amadu Diallo, Hendrik Eksteyn, Abbas Ağazadə, Anar Panayev, Oleq Karnaux, Ulisse Diallo və Rocer Roxası heyətinə qatıb.

Qeyd edək ki, Ozan Can Kökçü buna qədər "Bursaspor" və "Valveyk" klublarında da çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest