"Lionel Messinin zədələnməsindən sonra çoxları bizə şübhə edirdi. Lakin biz fəxr etməliyik ki, komanda onun yoxluğunda da məsuliyyəti dərk etdi və "Real"a qalib gəldi". Matç.az saytı xəbər verir ki, bu sözləri "Barselona"nın uruqvaylı futbolçusu Luis Suares İspaniya mətbuatına müsahibəsində deyib.

"Real"la görüşdə 3 qol vuran hücumçu "El-Klasiko"dakı məhsuldarlığının qiymətini bildiyini söyləyib: "Biz başa düşürük ki, Messi və ya Busketsdən asılı ola bilmərik. Buna görə də məsuliyyəti üzərimizə götürdük və lazım olanı etdik. İstənilən oyunda het-trik etmək çətindi. Hələ rəqibin "Real" olduğunu təsəvvür edin. Əlbəttə ki, mən də etdiyimə dəyər verməyə başlayacaq. Həqiqətən də belə yaşamaqdan xoşum gəlir".

Suares "Barselona"nın yeni hücumçu axtarmasına da münasibət bildirib: "Arrıq 31 yaşım var. Elə oyun göstərməliyəm ki, yeni hücumçunun lstəyənlərin tənqidləri məndən yan keçsin. Lakin "Barselona" da gələcəyi düşünməlidi. Komandaya "9 nömrə" lazım olacaq.

Axı "32"yə doğru gedirəm. Biz futbolçular o qədər oyunçuların gəlməsi barədə xəbərlər eşidirik. özünə tənqidi sevsəm də, bəzən belə xəbərər məni də özümdən çıxarır. Lakin mən xoşbəxtəm ki, sağlamam və komandama kömək edirəm".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest