PSJ baş məşqçisini dəyişə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Paris təmsilçisi hazırkı çalışdırıcısı Tomas Tuxeldən məmnun deyil.

Paytaxt klubu onun alternativini də artıq tapıb. Belə ki, fransızlar hazırda klubsuz olan Joze Mourinyo ilə maraqlanır. Hətta portuqaliyalı ilə ilkin danışığın olduğu da vurğulanıb.

Qeyd edək ki, Joze Mourinyo son klubu "Mançester Yunayted"dən ötən ilin dekabrında qovulub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest