"Beşiktaş" heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, bu barədə klub rəsmi saytı məlumat yayıb.

Superliqa təmsilçisi "Tottenhem"dən Kevin Nkudunu transfer edib. 24 yaşlı yarımmüdafiəçi İstanbul nəhəngi ilə 4 illik müqavilə imzalayıb. "Beşiktaş" Nkudu üçün "Tottenhem"ə 4,5 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, "Beşiktaş" bu yay Nkududan əvvəl Adem Lyayiçin transfer hüququnu alıb, həmçinin Duqlas, Viktor Ruis, Pedro Reboşo və Tayler Boydu transfer edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest