Qadın futbolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışına yığışır. Matc.az xəbər verir ki, komandamız sabahdan bir araya gələcək.

Yığmamız avqustun 31-dək Bakıda hazırlıq keçəcək. Məşqçilər korpusunun toplanışa dəvət etdiyi 23 oyunçudan 19-u legionerdi.

Millinin heyəti: Nigar Abdulova ("Keşlə"), Arzu Əliyeva ("Uğur"), Kamilla Məmmədova, Nigar Mirzəliyeva (hər ikisi "Qubek"), Aytac Şərifova ("Keflavik", İslandiya), Gülsüm Tunc, Kristina Bakarandze (hər ikisi "Hakkarigücü", Türkiyə), Vüsalə Hacıyeva, Jalə Məhsimova, Firəngiz Teymurova (hamısı "İjevsk", Rusiya), Manə Mollayeva, Nərgiz Hacıyeva, Vüsala Seyfəddinova (hamısı "Ryazan VDV", Rusiya), Yeliz Açar, Nazlıcan Parlak (hər ikisi "Fatih Vatan", Türkiyə), Roza Quliyeva, Aysun Əliyeva, Rövşanə Sərdarlı (hamısı "Okjetpes", Qazaxstan), Sevinc Cəfərzadə ("Kubanoçka", Rusiya), Alina Dorofeyeva, Diana Məmmədova (hər ikisi "Yenisey", Rusiya), Salome Gasviani ("Lançxuti", Gürcüstan), Bozkaya Neslihan ("Kemer", Türkiyə).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest