"Barselona" hücumçusu Usman Dembeleni cərimələməyə hazırlaşır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, buna səbəb fransalının növbəti intizamsız davranışıdı.

"Atletik"lə La Liqanın I tur oyunundan sonra Bilbao hava limanında divanda yatmaqla diqqəti çəkən Dembele zədəsini də klubun tibbi personalından gizlədib. Bu isə onun zədəsinin artmasına və daha uzun müddətə sıradan çıxmasına səbəb olub. Bunu nəzərə alan klub rəhbərliyi oyunçunu 980 min avro məbləğində cərimələməyi düşünür.

Qeyd edək ki, zədə ucbatından Dembele 4-5 həftə komandasına kömək edə bilməyəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest