"Bu, bizim ilk böyük turnirimizdi". Matç.az saytının məlumatına görə, bunu futzal üzrə 19 yaşadək futbolçulardan ibarət Sloveniya yığmasının baş məşqçi Andrey Doboviçnik deyib.

U-19-lar arasında ilk dəfə keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin bu gün püşkü atılıb. Yarışa əsas mərhələdən qatılacaq sloveniyalıların qrupdakı rəqibləri arasında Azərbaycan millisi də var.

Doboviçnik yerli mətbuata açıqlamasında iddialı danışıb. 51 yaşlı mütəxəssis hədəflərinin final mərhələsinə vəsiqə olduğunu söyləyib: "Avropa çempionatına qatılmaq üçün seçmə mərhələni uğurla başa vurmaq vacibdi. Bu üzdən komandada bir neçə legioner var. Oyunçularımızın çiynini daha çox yükləmək istəmirik. Ancaq əminəm ki, biz qrupdakı bütün komandalarla mübarizə aparacaq gücdəyik. çox xoşbəxtik. Ona görə ki, İspaniya və Portuqaliya kimi yığmalarla oynamışıq".

Qeyd edək ki, martın 26-31-də keçiriləcək əsas mərhələnin 2-ci qrupunda millimizin rəqibləri Sloveniya, Hollandiya və ilkin mərhələnin B qrupunun qalibi olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest