Braziliyalı futbolçu Elkeson çin vətəndaşlığını qəbul edərək bu ölkənin milli komandasının şərəfini qorumağa qərar verib. Matc.az xəbər verir ki, çin yığması sentyabrın 10-da Dç-2020-nin seçmə mərhələsi çərçivəsində Maldiv adaları yığması ilə üz-üzə gələcək. 
 
İtaliyalı baş məşqçi Marçello Lippinin çin yığmasına dəvət etdiyi futbolçular arasında məhz bu ölkənin vətəndaşlığını qəbul edərək "Aikesen" adını alan Elkeson da var.
 
30 yaşlı hücumçu çin yığmasının şərəfini qoruyacaq ilk braziliyalı futbolçu kimi tarixə düşüb. çin yığmasında daha öncə ingilis futbolçu Niko Yennaris bu ölkənin vətəndaşlığını qəbul etmiş və "Li Ke" adını alaraq sözüegedən komandanın uğurları üçün çalışmağa qərar vermişdi. Yeri gəlmişkən, 26 yaşlı futbolçu da Lippinin dəvət göndərdiyi oyunçular arasındadı. O, hətta çinlilərin iyun ayındakı rəsmi oyunlarında meydana da çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest