Fransa Futbol Federasiyası "Monako" klubunun müdafiəçisi Ruben Aqilar 3 oyunluq cəzalandırıb. Matc.az xəbər verir ki, cəzaya fransalı futbolçunun Liqa 1-in 2-ci turu çərçivəsində "Mets" ilə oyunda (0:3) qırmızı vərəqə alması səbəb olub.
 
Aqilar Liqa 1-in qarşıdakı turlarında "Nim", "Strasburq" və "Marsel"lə oyunlarda komandasına kömək edə bilməyəcək.

Maraqlıdı ki, "Monako"nun digər futbolçusu Sesk Fabreqas da ilk turun Lion "Olimpik"i ilə oyununda qırmızı vərəqə aldığı üçün 3 oyunluq cəzalanmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest