Qana millisinin keçmiş futbolçusu Junior Aqoqo vəfat edib. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, sabiq hücumçu 40 yaşında dünyasını dəyişib.
 
Karyerası ərzində "Şeffild Uensdey", "Barnet", KPR, "Nottingem Forest" kimi klublarda çıxış edən Aqoqo, 27 dəfə də Qana millisinin formasını geyinib.
 
Peşəkar karyerasını 2012-ci ildə İsveçin "Hibernian" klubunda başa vuran Aqoqo, bundan cəmi 3 il sonra insult keçirmişdi. O, Londondakı xəstəxanalardan birində dünyasını dəyişib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest