Futbol üzrə Litva 1-ci liqasında 21-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Kamran Quliyevin formasını geyindiyi "Jonava" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Şaulyay"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3.
 
Kamran da bu matçın iştirakçısı olub. O, 52-ci dəqiqədə meydana buraxılıb. Cari mövsümdə 6 qol vurmuş gənclərdən ibarət millimizin üzvü bu dəfə fərqlənə bilməyib.
 
"Jonava" hazırda 30 xalla 16 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest