Futbol üzrə İspaniya 2-ci liqasında 2-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Eddi İsrafilovun yenicə transfer olunduğu "Albasete" də növbəti matçına çıxıb.
 
Sözügedən klub doğma meydanda "Jirona" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.
 
Baş məşqçinin hələ tam hazır hesab etmədiyi İsrafilov bu oyunun da iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
 
İlk qələbəsini qazanan "Albasete" hazırda 3 xalla 22 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest