"Liverpul" müdafiəçisi Vircil van Deyklə yeni müqavilə imzalamağa hazırlaşır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, bununla bağlı tərəflər arasında danışıqlar davam edir.

"Qırmızılar"ın təklif etdiyi yeni sözləşmə hollandiyalının maaşına da təsir edəcək. Belə ki, hazırda həftəlik maaşı 125 min funt-sterlinq olan van Deyk müsbət cavab versə, ikiqat çox - 250 min funt-sterlinq qazanacaq.

Qeyd edək ki, Vircil van Deyk "Liverpul"a ötən il 84,6 milyon avroya "Sauthempton"dan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest