"Tottenhem"in yarımmüdafiəçisi Kristian Eriksen gələn həftə komandasını dəyişə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, londonlular onu satmağı planlaşdırır.

Buna səbəb Danimarka millisinin üzvünün gələn ilin yayına qədər olan müqavilə müddətini yeniləmək təklifini geri çevirməsi olub. Onu gələn yay havayı əldən buraxmaq istəməyən Premyer Liqa klubu aparıcı futbolçusunu "transfer pəncərəsi"nin son günlərində 50 milyon funt-sterlinqə satmağa qərar verib.

Hazırda onun xidmətində maraqlı olan klublar "Real", "Atletiko" və "Yuventus"du.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest