Türkiyənin "Başakşəhər" klubu futbolçusu İrfan Can Kahvecinin müqaviləsinin müddətini artırıb. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi 24 yaşlı yarımmüdafiəçi ilə 5 illik yeni sözləşmə imzalayıb. 
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
2017-ci ildən "Başakşəhər"də çıxış edən İrfan, Türkiyə millisinin də üzvüdü. O, daha öncə "Hacettepe" və "Gənclərbirliyi" klublarında da çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest