Türkiyənin "Fənərbaxça" klubu müdafiəçisi ilə yollarını ayırıb. Matc.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı futbolçu Dieqo Reyes İstanbul təmsilçisindən ayrılıb. Müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
2018-ci ildən "Fənərbaxça"da çıxış edən meksikalı futbolçu, son mövsümün ilk dövrəsində 16 oyuna çıxmış, 1 qol vurmuşdu. Mövsümün ikinci yarısında isə o, icarə əsasında İspaniyanın "Leqanes" klubuna yollanmışdı.
 
İstanbul təmsilçisi Reyeslə ayrılığı açıqlayan kimi, fransalı müdafiəçi Adil Ramini transfer etməyə hazırlaşdığını bəyan edib. Klubun rəsmi saytının yaydığı məlumata görə, sözügedən oyunçu sabah İstanbula gələrək tibbi müayinədən keçəcək. "Fənərbaxça" onun üçün heç bir transfer haqqı ödəməyəcək. Tibbi müayinədən uğurla keçəcəyi halda futbolçu ilə 2+1 illik müqavilə imzalanacaq.
 
Rami geridə qalan mövsümü Marsel "Olimpik"ində keçirib. 33 yaşlı futbolçu bu komandada 21 oyuna çıxıb. O, karyerası ərzində "Lill", "Valensiya", "Sevilya" və "Milan" klublarında da çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest