Futbol üzrə Rusiya Premyer Liqasında 7-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi Moskva "Spartak"ı da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Krılya Sovetov"la üz-üzə gəlib. Azərbaycanlı yarımmüdafiəçinin komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.
 
Ayaz da bu görüşün iştirakçısı olub. O, 68-ci dəqiqədə meydana buraxılıb. 90-cı dəqiqədə isə Quliyevə sarı vərəqə göstərilib.
 
"Spartak" 7 turdan sonra 14 xalla 16 kollektiv arasında zirvəyə şəriklik edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest