Ukrayna millisinin sabiq yarımmüdafiəçisi Aleksey Qay karyerasını bitirmək qərarına gəlib. Bu barədə məlumatı 36 yaşlı futbolçu özü instaqram hesabı vasitəsilə yayıb. O, ayrılığına səbəb kimi, son klubunun Donetsk "Olimpik"inin olmasını göstərib.

Ukrayna millisinin sabiq yarımmüdafiəçisi Aleksey Qay karyerasını bitirmək qərarına gəlib. Matc.az xəbər verir ki, bu barədə məlumatı 36 yaşlı futbolçu özü instaqram hesabı vasitəsilə yayıb.

O, ayrılığına səbəb kimi, son klubunun Donetsk "Olimpik"inin olmasını göstərib. Qay karyerası ərzində ona rəhbərlik etmiş bütün məşqçilərə və dəstəkləmiş azarkeşlərə minnətdarlıq edib.

Qeyd edək ki, karyerası ərzində Donetsk "Şaxtyor"u, "İlliçevets", "çernomorets", "Kuban" və Donetsk "Olimpik"ində çıxış etmiş Aleksey Qay 2015-16 mövsümündə Azərbaycanda "Qəbələ"nin uğurları üçün çalışıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest