ötən gün Türkiyənin "Fənərbaxça" klubundan ayrılan Dieqo Reyesin yeni iş yeri müəyyənləşib. Matc.az xəbər verir ki, meksikalı müdafiəçi ölkəsinin "Tiqres" klubu ilə anlaşıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Amma 26 yaşlı futbolçunun yeni klubu ilə müqaviləsinin müddəti və digər detalları açıqlanmayıb.
 
Reyes ötən mövsümün əvvəlində transfer olunduğu "Fənərbaxça"da 16 oyuna çıxıb, 1 qol vurduqdan sonra qış fasiləsində İspaniyanın "Leqanes" klubuna icarəyə verilmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest