"Seçmə mərhələdə bir çox yaxşı oyunlar keçirdik və bəzi futbolçularımız artıq əsas milliyə çağırılacaq. Növbəti turnirdə isə daha uğurlu çıxış etməyi hədəfləyirik". Matç.az saytının məlumatına görə, bunu 21 yaşadək futbolçulardan ibarət Bosniya və Herseqovina yığmasının baş məşqçisi Vinko Marinoviç deyib.

Bosniyalılar noyabrın 19-da yoxlama görüşündə azərbaycanlı həmyaşıdlarını qəbul edəcəklər.

Oyunla bağlı yerli mətbuata açıqlamasında fikirlərini bölüşən Marinoviç heyətdə bir çox dəyişiklik edildiyini söyləyib: "Son seçmə mərhələdə iştirak edən bəzi futbolçularımızın yenə bizimlə qalması sevindirici haldı. Azərbaycanla oyun əlimizdəki futbolçularla nə edə biləcəyimiz baxımından bizə kömək olacaq. Onlar yığmaya layiq olduqlarını sübut etməlidilər. Əlbəttə ki, bu hələ başlanğıcdı. Azərbaycanla oyunun siyahısında olmayan futbolçulara da gələcək matçlarda şans veriləcək".

Qeyd edək ki, noyabrın 19-da Zenitsa şəhərində keçiriləcək Bosniya və Herseqovina – Azərbaycan qarşılaşması Bakı vaxtı ilə 16:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest