Ukraynanın Kiyev şəhərində keçirilən beynəlxalq turnir davam edir. Viktor Bannikov turnirində iştirak edən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün ikinci oyununa çıxacaq. Yığmamızın budəfəki rəqibi yerli Ukrayna olacaq.

Ukraynanın Kiyev şəhərində keçirilən beynəlxalq turnir davam edir. Matc.az saytının məlumatına görə, Viktor Bannikov turnirində iştirak edən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün ikinci oyununa çıxıb.

A qrupunda yer alan yığmamızın budəfəki rəqibi yerli Ukrayna olub. İlk oyunda İsrailə 0:6 hesabı ilə uduzan komandamız ev sahibləri ilə "Yubileynıy" stadionunda üz-üzə gəlib. Altı qolun qeydə alındığı qarşılaşma yığmamızın növbəti məğlubiyyəti ilə başa çatıb. Komandamız ilk yarının sonunda, hesab 0:3 olarkən azlıqda qalıb. Buna baxmayaraq, ikinci hissədə hesab arasındakı fərqi azaltmaq mümkün olub. Yığmamızın heyətində Musa Musazadə və Mirmövsüm Canıyev fərqlənib.

Qeyd edək ki, avqustun 31-dək davam edəcək turnirində millimizin qrupdakı digər rəqibi Latviyadı.

 

Viktor Bannikov turniri

27 avqust

Ukrayna - Azərbaycan 4:2
"Yubileynıy" stadionu

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest