"Səbail"in futbolçusu Yevgeni Koçuk Moldova millisinə dəvət olunub. Matc.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Koçuk, Aç-2020-nin seçmə mərhələsi çərçivəsində İslandiya və Türkiyə milli komandalarına qarşı keçiriləcək oyunlar üçün yığmaya çağırılıb.
 
Moldova milli komandası Aç-2020-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 7-da İslandiya ilə səfərdə, bundan 3 gün sonra isə Türkiyə yığması ilə evdə qarşılaşacaq. Moldova yığması 4 oyundan sonra 3 xalla qrupda 6 komanda arasında 5-di.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest