İspaniya çempionu "Barselona" daha bir futbolçusunu icarəyə göndərib. Matc.az xəbər verir ki, Kataloniya təmsilçisi Oriol Busketsi Hollandiyanın "Tvente" klubuna icarəyə verib. 
 
Bu barədə Enshede təmsilçisinin rəsmi saytı məlumat yayıb. Sözügedən klubun kapitanı – yarımmüdafiəçi Vut Brama uzun müddətə sırada çıxdığından, çıxış yolu kimi Busketsin icarəyə götürülməsinə qərar verilib. 20 yaşlı ispaniyalı futbolçu ilə 1 illik icarə müqaviləsi imzalanıb.
 
"Barselona"nın öz yetirməsi olan Buskets digər təkliflərə baxmayaraq, "Tvente"də oynamağı özü istəyib. Yarımmüdafiəçi həm də İspaniyanın gənclərdən ibarət yığmasının üzvüdü.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest