Moskva "Lokomotiv"inin sabiq yarımmüdafiəçisi Manuel Fernandeş Türkiyəyə qayıdır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Portuqaliya millisinin üzvü keçmiş komandası "Beşiktaş"la ilkin razılıq əldə edib.

"Lokomotiv"dən yenicə ayrılan və hazırda azad agent statusu daşıyan 33 yaşlı oyunçu İstanbul nəhənginin 1 illik müqavilə təklifini qəbul edib. Keçid rəsmiləşsə, Fernandeşin məvacibi 1,1 milyon avro təşkil edəcək.

Qeyd edək ki, Manuel Fernandeş 2011-2014-cü illərdə "Beşiktaş"ın formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest