"Yuventus"un hücumçusu Mario Mandzukiç Fransaya köçə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, PSJ ulduz futbolçunun xidmətində maraqlıdı.

Kilian Mbappe və Edinson Kavaninin zədələnməsindən sonra hücumçu axtarışına çıxan Paris təmsilçisi bu boşluğu Mandzukiçlə doldurmaq niyyətindədi. Klublar arasında danışıqlara artıq start verilib. Xorvatiya millisinin sabiq üzvü də bu keçidə qarşı deyil.

Qeyd edək ki, Mario Mandzukiç 2015-ci ildən "Yuventus"da çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest