Uels yğmasının keçmiş futbolçusu Din Sonders həbs olunub. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, buna səbəb onun içkili vəziyyətdə avtomobil idarə etməsi olub.

Məsələ burasındadı ki, 55 yaşlı futbol şərhçisi polisin nəfəs yoxlamaq və analiz təqdim etmək istəyini rədd edib. Sonders daha sonra məhkəmədə günahını boynuna alıb. Məhkəmə onun 10 həftə həbsinə və 30 ay sürücülük vəsiqəsindən məhrum edilməsinə qərar verib.

Qeyd edək ki, 1982-2001-ci illərdə futbol oynayan Din Sonders "Liverpul" və "Qalatasaray" kimi klublarda da çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest