"Vacib oyuna çıxırıq. Rəqibin nə qədər istəkli olduğunu tam başa düşürük. Düşünürəm ki, sabah bütün futbolçuların diqqəti oyunda olacaq ki, az səhv etsinlər". Matc.az saytının məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Ağdam təmsilçisi sabah Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində "Linfild"i qəbul edəcək. Oyunöncəsi mətbuat konfransında Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

- Sabah avrokuboklarda 100-cü oyununuza çıxacaqsınız. Bunu bacarsanız, 40-cı qələbə olacaq. Bunun nə dərəcədə əhəmiyyəti olacaq?
- Bu barədə düşünmürəm. Hər oyunumuz çox vacibdi, bunun neçənci olmasının fərqi yoxdu. Sabah da önəmli oyunlarımızdan biridi. Sabah meydanda özümü yox, komandamı düşünəcəm. Diqqətimiz oyunda olacaq. İnşallah, "Qarabağ"ın Avropa arenasında 100-cü yox, daha çox oyunu olsun.

- Sabah Azərbaycansayağı künc zərbəsi gözləməyə dəyərmi?
- İnşallah, ehtiyac olmaz. Sırf həlledici oyunlara görə yox, rəqibin düzülüşünə görə standart vəziyyətləri yerinə yetirərik. "Linfild"in meydanda düzülüşü buna imkan vermir. Ola bilər ki, başqa metoddan istifadə etdik.

- "Linfild" yəqin ki, sabah müdafiədən oynayacaq. Buna görə alternativ yollar düşünmüsünüzmü?
- Futbolda düzgün müdafiə olunmaq vacib terminlərdən biridi. Elə komandalar var ki, belə oyuna üstünlük verir. Belə komandalarla çox oyunumuz olub. Bəzən qol vura bilməmişik, bəzən üçünü vurmuşuq. Futbolçularımız daha diqqətli olmalıdılar. Rəqibin müdafiə olunması hücumlarının da başlanğıcı deməkdi. Buna görə də, təkcə qol vurmağı yox, hücumda ola-ola qol buraxmamağı da düşünməliyik. çətinlik olub-olmayacağını bilmirəm. Amma belə oyun üslubuna hazırlaşmışıq.

- Dolu tribunalar gözləyirsinizmi?
- Bəli. Düşünürəm ki, stadionda az adam olmayacaq. İlk dəfə pley-off matçına çıxmayacağıq. Oyuna gələn və gəlməyən azarkeşlərimiz var. Onları həmişə yanımızda hiss etmişik.

- "Linfild"in baş məşqçisi deyib ki, "Qarabağ" qanımızı içmək istəyəcək. Bu fikirlə razısınız?
- İdmanda məğlub tərəf mütləq qalib gəlmək istəyəcək. Bu da həmin oyunlardan biridi. Biz də qələbə qazanmağa çalışacağıq. çox dərinliyə getmək istəmirəm. İki oyundan ibarət olan cütlükdü. Məqsədimiz qalib gəlməkdi.

- Heyətlə bağlı nə kimi problemlər var?
- Zədəlilər bildiklərimizdi. Qalanları bizimlədi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest