İngiltərənin "Beri" klubu mübarizə apardığı 3-cü liqadan kənarlaşdırılıb. Matc.az xəbər verir ki, bu barədə İngiltərə Futbol Liqasının rəsmi saytı məlumat yayıb. 
 
134 illik tarixə malik "Beri"nin cəzalandırılmasına səbəb, klubun çempionatda iştirak etmək üçün lazım olan maliyyə tələblərini qarşılaya bilməməsi olub.
 
İngiltərə Futbol Liqası sonuncu dəfə 1992-ci ildə "Meydston" klubunu mübarizə apardığı 4-cü liqadan kənarlaşdırmışdı.
 
İngiltərə Futbol Liqası 3-cü liqanın digər təmsilçisi "Bolton"a da maliyyə problemlərini həll etmək üçün 2 həftəlik vaxt verib. Komanda maliyyə məsələlərini həll etməsə, "Beri" kimi çempionatdan kənarlaşdırılacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest