Futbol üzrə Albaniya çempionatında 2-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Eltun Turabovun formasını geyindiyi "Biliş" də növbəti matçına çıxıb.
 
Sözügedən komanda doğma meydanda "Vlajniya" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.
 
Eltun da bu görüşün iştirakçısı olub. Start heyətində meydana çıxan Turabov sonadək mübarizə aparıb.
 
İlk xalını qazanan "Biliş" 2 turdan sonra 10 komanda arasında 7-ci pillədə qərarlaşıb.
 
Xatırladaq ki, Albaniya klubu Turabovu bu yay "Sabah"dan icarəyə götürüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest