"Beşiktaş"ın qapıçısı Loris Kariusun karyerasında baş verən enişin səbəblərini Britaniya mətbuatı araşdırıb. Matç.az saytının "Sky Sports"a istinadən məlumatına görə, mütəxəssislər müqavilə ilə "Liverpul"a məxsus olan qolkiperin çöküşünün səbəbini sosial şəbəkələrlə əlaqələndirir.

Məsələ burasındadı ki, Karius sosial şəbəkədə ən populyar futbolçulardandı. İnstaqramda 2,4 milyondan, tvitterdə isə 600 mindən çox izləyicisinin olması buna əyani sübutdu.

Berti Foqtsun dönəmində Azərbaycan millisində köməkçi məşqçi funksiyasını yerinə yetirmiş Uli Ştayn da bu məsələni qabardıb. O, almaniyalı qolkiperin toparlanmasının çətin olacağını düşünür: "Deyəsən Karius düşünür ki, futbol oynamaqdansa, şəkil çəkdirib sosial şəbəkədə paylaşmaq daha vacibdi. O, özünü yenidən sübut etmək üçün iki ideal mövsüm keçirməlidi".

Qeyd edək ki, Kariusun "Liverpul"la müqavilə müddəti 2021-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest