"Liverpul"un futbolçusu Nabi Keyta səhhəti ilə bağlı ciddi problem yaşayıb. Matç.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, yarımmüdafiəçi bu üzdən çempionlar Liqasının qrup mərhələsində "Napoli" ilə qarşılaşmada əvəzlənib.

Belə ki, dünənki görüşün 18-ci dəqiqəsində yerə yıxılan Keyta dərhal əvəz olunmasını istəyib. Əvəzlənən kimi, onu təcili tibbi yardım maşını ilə Neapoldakı klinikalardan birinə aparıblar. Keyta gecəni həmin klinikada keçirib. Tibbi testlərin nəticəsi açıqlanmasa da, onun ürəyində problem olduğu bildirilir.

Qeyd edək ki, oyun "Napoli"nin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest