17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası Viktor Bannikov beynəlxalq turnirində sonuncu oyununu keçirib. Vüqar Məmmədin yetirmələri 7-ci yer uğrunda görüşdə meydana çıxıb. Yığmamızın rəqibi Litva olub. Futbolçularımız 3:1 hesablı qələbə qazanıb.

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası Viktor Bannikov beynəlxalq turnirində sonuncu oyununu keçirib. Matc.az saytının məlumatına görə, Vüqar Məmmədin yetirmələri 7-ci yer uğrunda görüşdə meydana çıxıb.

Yığmamızın rəqibi Litva olub. Bir qədər əvvəl başa çatan qarşılaşmada futbolçularımız 3:1 hesablı qələbə qazanıb. Millimizin heyətində Zöhrab Əsədov, Kamal Kazımov və Nurəli Nurəliyev fərqlənib. Bununla da yığmamız turniri 7-ci pillədə başa vurub.

Qeyd edək ki, Azərbaycan millisi qrupda İsrailə 0:6, Ukraynaya 2:4, Latviyaya isə 0:2 hesabıyla məğlub olub.

 

Viktor Bannikov turniri

30 avqust

Azərbaycan – Litva - 3:1

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest