Almaniyanın "Verder" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, elita təmsilçisi Mixael Lanqı heyətinə qatıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 28 yaşlı isveçrəli müdafiəçi Bundesliqanın digər iştirakçısı "Borussiya"dan (Münhenqladbax) 1 illik icarəyə götürülüb.
 
İsveçrə yığmasının da formasını geyinən Lanq, "Borussiya"da 2018-ci ildən çıxış edirdi. O, daha öncə "Senkt-Qallen", "Qrasshopper" və "Bazel" klublarında da oynayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest