Futbol üzrə Türkiyə Super Liqasında 3-cü tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. 

İki turda 1 xal toplayan "Qalatasaray" çətin "Kayseripor" səfərinə yollanıb. Qarşılaşmada hesabı bu yay Kayseri klubuna transfer olunan "Qarabağ"ın sabiq futbolçusu Pedro Enrike açıb. Amma ikinci hissədə həm braziliyalı futbolçu, həm də digər komanda yoldaşı Abdennur meydandan qovulub. Bundan maksimum yararlanan "Qalatasaray" iki qol vuraraq hesabda önə keçib. 9 nəfərlə qalmasına baxmayaraq, meydan sahibləri əlavə vaxtda daha bir qol vurublar. Amma bu qolun müəllifi Umut Bulut da meydandan qovulub. "Qalatasaray"da isə Əmrə Mor qırmızı vərəqə alıb. Buna baxmayaraq, İstanbul təmsilçisi əlavə olunmuş 10-cu dəqiqədə qələbə qolunu vurmağı bacarıb. 

Günün digər qarşılaşmasında "Kasımpaşa" "Ankaragücü"nü sınağa çəkib. Bu oyunda da qonaqlar minimal hesabla üstün olublar.

Türkiyə Super Liqası
3-cü tur

30 avqust

Kasımpaşa – Ankaragücü 0:1
Qol: İ.Parlak, 23.

Kayserispor – Qalatasaray 2:3
Qol: P.Enrike, 37. U.Bulut, 90+1 – Belhanda, 66-pen. Babel, 88. A.Böyük, 90+10.

31 avqust

20:15 Konyaspor – Antalyaspor
22:45 Beşiktaş – Rizəspor
22:45 Göztəpə – Dənizlispor

1 sentyabr

20:15 Gənclərbirliyi – Başakşəhər
20:15 Sivasspor – Qazişəhər
22:45 Fənərbaxça – Trabzonspor
22:45 Yeni Malatyaspor – Alanyaspor

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest