İtaliyanın "Roma" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, paytaxt təmsilçisi İngiltərənin "Mançester Yunayted" klubunun müdafiəçisi Kris Smollinqi heyətinə qatıb.
 
Bu barədə "canavarlar"ın mətbuat xidməti məlumat yayıb. 29 yaşlı müdafiəçi 2019/20 mövsümünün sonunadək icarəyə götürülüb.
 
Smollinq yeni klubunda 6 nömrəli forma geyinəcək. "Roma" İngiltərə klubuna 3 milyon avro icarə haqqı ödəyəcək.
 
İngiltərə yığmasının da üzvü olan Smollinq, 2010-cu ildən "Mançester Yunayted"in formasını geyinir. O, bu kluba "Fulhem"dən transfer olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest