"Səbail" mövsümlərarası fasilədə heyətinə qatdığı daha bir futbolçu ilə yollarını ayırıb. Bu dəfə qapıçı Daniel Bojinovski paytaxt klubunu tərk edib. Belə ki, klub rəhbərliyi makedoniyalı qolkiperin muqaviləsinə vaxtından əvvəl xitam verilməsinə qərar verib.

"Səbail" mövsümlərarası fasilədə heyətinə qatdığı daha bir futbolçu ilə yollarını ayırıb. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bu dəfə qapıçı Daniel Bojinovski paytaxt klubunu tərk edib.

Belə ki, klub rəhbərliyi makedoniyalı qolkiperin muqaviləsinə vaxtından əvvəl xitam verilməsinə qərar verib və tərəflər arasında bu yöndə qarşılıqlı razılıq əldə olunub. Bununla 30 yaşlı oyunçuya azad agent statusu verilib.

Qeyd edək ki, "Səbail" yayda heyətinə qatdığı Dilan Duventru və Bilal Həmdini də sonradan yola salmışdı. Bojinovski isə "Rabotniçki"dən keçmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest