"Fiorentina" heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Florensiya təmsilçisi A seriyasının digər iştirakçısı "Latsio"dan müdafiəçi Martin Kaseseri transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 32 yaşlı futbolçu "Latsio"dan azad agent statusu ilə ayrıldığına görə, florensiyalılar heç bir kompensasiya ödəməyiblər.

Qeyd edək ki, Uruqvay yığmasında 100-ə yaxın oyun keçirən futbolçu "Yuventus", "Vilyarreal", "Barselona", "Sevilya" kim klublarda çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest