Almaniyanın "Şalke" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Bundesliqa təmsilçisi "Barselona"dan Xuan Mirandanı heyətinə cəlb edib. 
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Miranda 2019/20 və 2020/21 mövsümünü icarə əsasında "Şalke"də keçirəcək.
 
"Barselona"nın yetirməsi olan 19 yaşlı müdafiəçi, son mövsümü Kataloniya təmsilçisinin B komandasında keçirib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest