"Qəbələ"dən Küveytin "Əl-Salmiyə" klubuna transfer olan Kamal Mirzəyev debüt matçını keçirib. Matc.az xəbər verir ki, "Əl-Salmiyə" Ərəb çempionlar Kubokunun ilk mərhələsində İraqın "Al-Kuva" klubuna səfərdə 1:3 hesabı ilə uduzub.
 
Kamal da bu görüşün iştirakçısı olub. Mirzəyev bu qarşılaşmada start heyətdə yer alıb və sonadək mübarizə aparıb.
 
Bu komandalar arasındakı cavab görüşü bir həftə sonra baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest