Futbol üzrə Fransa Liqa çempionatında 4-cü turun oyunları keçirilir. Matc.az xəbər verir ki, bu gün daha beş qarşılaşma baş tutub.

Lion "Olimpik"i doğma azarkeşləri qarşısında "Bordo"nu qəbul edib və xal itkisi ilə üzləşib. 

Günün digər oyunlarında "Anje" "Dijon"u, "Nant" "Monpelye"ni, "Nim" "Brest"i, "Tuluza" isə "Amyen"i məğlub yola salıb.

Fransa Liqa 1
4-cü tur

30 avqust

Mets – PSJ 0:2
Qol: Di Mariya, 11-pen. Motinq, 43.

31 avqust

Olimpik (Lion) – Bordo 1:1
Qol: Depay, 32 – Briand, 67.

Anje – Dijon 2:0
Qol: Muzinqa, 50-öz qapısına. Əl-Məlali, 71.

Nant – Monpelye 1:0
Qol: Ture, 84.

Nim – Brest 3:0
Qol: Ferhat, 2. Valls, 33. Denki, 90+3.

Tuluza – Amyen 2:0
Qol: Makenqo, 50. Kuluris, 59.

1 sentyabr

17:00 Reyms – Lill
17:00 Renn – Nitsa
19:00 Strasburq – Monako
23:00 Olimpik (Marsel) – Sent-Etyen

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest