Azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi "Slaviya" çexiyanın gənclər liqasında növbəti oyunlarını keçirib. Matc.az xəbər verir ki, sözügedən komanda 3-cü tur çərçivəsində səfərdə "Jiskra" ilə qarşılaşıb və 3:4 hesabıyla məğlub olub. 
 
Fərid də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının iki qolunu da Nəbiyev vurub. U-21 yığmamızın üzvü 7 və 31-ci dəqiqələrdə rəqib qapısına yol tapıb.
 
"Slaviya"nın gənclərdən ibarət komandası 4-cü tur çərçivəsində doğma meydanda "Kraluv Dvur"la üz-üzə gəlib. Komandasının 0:1 hesabıyla uduzduğu oyunda Fərid də 90 dəqiqə meydanda olub.
 
"Slaviya"nın U-21 komandası 4 turdan sonra 6 xalla 16 iştirakçı arasında 7-cidi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest